“ASAN Xidmət dövlətə etimadı daha da gücləndirib”

“ASAN Xidmət dövlətə etimadı daha da gücləndirib”
  23 Dekabr 2013    Oxunub:997
Dekabrın 21-də Gəncədə Regional “ASAN Xidmət” Mərkəzinin açılışı zamanı çıxış edən Fuad Ələsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən yaradılan ASAN Xidmətin korrupsiyaya qarşı mübarizədə uğurlu islahatlardan birinə çevrildiyini qeyd edib.

“Fəaliyyətə başladığı qısa müddət ərzində cənab Prezidentin ASAN Xidmət konsepsiyası əhalinin etimadını qazanmış, bununla vətəndaş məmnunluğuna nail olunmuşdur. Eyni zamanda, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın tətbiqi dövlətə etimadı daha da gücləndirmişdir. ASAN həm də yeni nəsil dövlət qulluqçularının formalaşdırılması modelinə çevrilmişdir”.

Bundan əlavə, F.Ələsgərov bildirib ki, 2013-cü ilin yanvarından bu günədək ASAN Xidmət mərkəzlərində artıq 880 min vətəndaşa müxtəlif xidmətlər göstərilib.

“Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Sumqayıtdan sonra ikinci regional mərkəz Gəncədə açılıb və dekabrın 24-də fəaliyyətə başlayacaq. Bu mərkəz 10 rayonu əhatə edəcək və bir milyona yaxın insana xidmət göstərəcək”-deyə F.Ələsgərov vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti