FHN: 98 dövlət obyekti yanğından mühafizə olunub
Yanğınların söndürülməsi zamanı 98-i dövlət, 346-sı özəl olmaqla, 2218 obyekt, habelə 369 çoxmənzilli bina, 590 fərdi ev, 513 yardımçı tikili, müxtəlif təyinatlı 296 texnika yanğınsöndürənlər tərəfindən mühafizə edilib.
Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev müşavirədə çıxış edərək Dövlət Yanğından Mühafizə Xidmətinin 2019-cu ildəki fəaliyyətini bütövlükdə müsbət dəyərləndirib. Xidməti fəaliyyətdən danışan nazir müavini şəxsi heyətin peşə, döyüş və fiziki hazırlığının daha da artırılması, intizamın gücləndirilməsi, yanğın texnikalarının təmiri və istismarının təşkili, kadr məsələləri, müqavilə əsasında yanğından mühafizəsi təşkil edilən obyektlərdə profilaktik tədbirlərin keçirilməsi və yanğından mühafizə işinin daha da səmərəli təşkili və sair məsələlərlə əlaqədar tapşırıqlar verib.
Azvision.az
Teqlər: FHN