Qarabağda daha bir erməni əsgər intihar edib

  31 Yanvar 2020    Oxunub : 1691
 Qarabağda daha bir erməni əsgər intihar edib
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində daha bir erməni əsgər intihar edib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü hərbi qulluqçu Vahram Avaqyan avtomat silahından özünə atəş açıb.

“30 yanvar 2020-ci il tarixində N saylı hərbi hissədə hərbi qulluqçu Vahram Avaqyan AKM avtomat silahla özünü sinəsindən güllələyib. O, hərbi xəstəxanaya aparılıb və orada ölüb. Hadisə ilə əlaqədar Ermənistan Cinayət Məcəlləsinin 110-cu maddəsinin 1-ci hissəsi ilə (insanı hədələmək, pis rəftar və ya ləyaqətini alçaltmaqla intihar həddinə çatdırmaq) cinayət işi başlanılıb. İstintaq davam edir", - deyə İstintaq Komitəsinin mətbuat katibi Naira Harutyunyan bildirib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ   İntihar