Sinoptiklərin sabaha olan hava proqnozu

Sinoptiklərin sabaha olan hava proqnozu
  23 Dekabr 2013    Oxunub:988
Yaxın 2 gün ərzində Azərbaycan ərazisində sabit və yağmursuz hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında ölkə ərazisində hava şəraiti mülayim, sabit və əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 1-4, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda dekabrın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki gün ərzində mülayim hava şəraiti davam edəcək.


Teqlər:  





Xəbər lenti