Çin rəsmisi: Koronavirusla mübarizədə irəliləyiş var

Çin rəsmisi:  Koronavirusla mübarizədə irəliləyiş var
  31 Yanvar 2020    Oxunub:2948
Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Yun yeni növ koronavirusla mübarizədə irəliləyişin olduğunu deyib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, diplomat əvvəllər bunun hansı virus olduğunu bilmədiklərini, ancaq indi onu müəyyən etdiklərini vurğulayıb.

“Biz artıq köhnə və yeni virus növlərini ayırd edə bilərik. Bu, vacibdir. Bəli, çox sayda insan həyatını itirdi, eyni zamanda 130-dan çox insanın həyatını xilas etdik, onlar xəstəlikdən sağaldılar”, - deyə Yun bildirib.

Onun sözlərinə görə, Çin daha çox qoruyucu maska və gözlüklərə ehtiyac duyur: "Bizə UNİCEF və bəzi Amerika şirkətləri tərəfindən maskalar verilir. Ancaq yenə də ehtiyac var".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Koronavirus  





Xəbər lenti