ABŞ Çini “qırmızı siyahı”ya daxil etdi

ABŞ Çini “qırmızı siyahı”ya daxil etdi
  31 Yanvar 2020    Oxunub:2806
ABŞ Çini koronavirusa görə ölkələrin "qırmızı siyahısı"na daxil edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bununla da ABŞ vətəndaşlarına qəti şəkildə Çinə səfər etməkdən çəkinmək tövsiyə edilib. Dövlət Departamenti Çini təhlükənin ən yüksək olduğu dördüncü səviyyəyə daxil edib.

"İlk dəfə Uhanda aşkar edilmiş yeni koronavirus səbəbiylə Çinə səyahət etməyin", - deyə məlumatda bildirilib.

Çində olan amerikalılara isə ən qısa zamanda ölkəni tərk etmək barədə tapşırıq verilib.

Xatırladaq ki, Çinin Uhan şəhərində (Hubey əyaləti) virusa yoluxma halları ötən ilin dekabr ayının ortalarında aşkarlanıb. Bu günədək koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 9692 nəfərə, ölənlərin sayı isə 213 nəfərə çatıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Çin  





Xəbər lenti