Polşanın yeni səfiri Bakıya gəldi

Polşanın yeni səfiri Bakıya gəldi
  31 Yanvar 2020    Oxunub:2131
Polşanın Azərbaycana təyin edilmiş yeni səfiri Bakıya gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Polşanın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində məlumat verilib.

“Səfir Rafal Poborski Azərbaycanda diplomatik fəaliyyətinə başlayır. Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadə ilə ilk görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyətinin dinamikasının artırılması imkanları müzakirə edilib".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Polşa   Səfir  





Xəbər lenti