Vanetsyan iki işlə bağlı dindirilib

  31 Yanvar 2020    Oxunub : 1351
Vanetsyan iki işlə bağlı dindirilib
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan yanvarın 30-da İstintaq Komitəsinə çağırılıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu qurumun mətbuat katibi Naira Arutyunyan bildirib.

“Vanetsyan iki iş çərçivəsində dindirilib. Birincisi, qulaqasma işi. O, şahid qismində dindirilib. Bu iş çərçivəsində onun mobil telefonuna da baxış keçirilib. İkinci iş Ermənistan Futbol Federasiyasındakı sui-istifadə halları ilə bağlıdır. Vanetsyan şahid qismində ifadə verib”, - Arutyunyan deyib.

Xatırladaq ki, Vanetsyan ötən ilin sentyabrında baş nazir Nikol Paşinyanın idarəçiliyinə etiraz olaraq istefa verib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin saytında yerləşdirilən, sonra silinən istefa bəyanatında Vanetsyanın Paşinyana xitabən: “Mən hökuməti ayıltmaq üçün istefa verirəm” və “Dayan!” ifadələri yer alıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Vanetsyan