Türkiyə təyyarəsi azərbaycanlıları gətirmək üçün Çinə yola düşdü

Türkiyə təyyarəsi azərbaycanlıları gətirmək üçün Çinə yola düşdü
  31 Yanvar 2020    Oxunub:3792
Türkiyə vətəndaşlarını Uhan şəhərindən təxliyə edəcək Hərbi Hava Qüvvələrinin A400M tipli yük təyyarəsi Çinə yola düşüb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xatırladaq ki, koronavirusun qeydə alındığı Uhan şəhərində 34 Türkiyə, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşı tibbi müayinələrdən keçirildikdən sonra təyyarəyə mindiriləcək. Onlar Türkiyəyə gətirilərək bir müddət karantində saxlanılacaqlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti