ATƏT-in Bakı ofisi təkzib etdi

ATƏT-in Bakı ofisi təkzib etdi
  14 Mart 2013    Oxunub:1661
ATƏT-in Bakı Ofisində yoxlama aparılması barədə yayılan məlumatlara aydınlıq gətirilib
ATƏT-in Bakı ofisi bəyanat yaydı. AzVision-a ATƏT-in Bakı Ofisindən verilən məlumata görə, bu gün Azərbaycanın bəzi media orqanları ATƏT-in Bakı Ofisi haqqında həqiqətə uyğun olmayan məlumatlar dərc edib.

Bəyanatda bildirilir: "Bununla əlaqədar bəyan edirik ki, hazırda ATƏT-in Bakı Ofisində heç bir yoxlama aparılmır. Ofis həmişəki fəaliyyətini, o cümlədən layihələrin icrasını, eləcə də hökumət orqanları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı davam etdirir".
Bununla yanaşı, bəyanatda qeyd olunub ki, digər tərəfdən, media orqanlarının ATƏT-in Bakı Ofisinin mövqeyini öyrənmədən bu cür xəbərləri yayması təəssüf doğurur.

"Bunun jurnalist etikasına zidd olduğunu bir daha xatırlatmaq istərdik".

AzVision.az



Teqlər:  





Xəbər lenti