“Avropa Parlamenti və AŞPA irqçilərin təzyiqi altındadır” - Çavuşoğlu
“Yunanıstan XİN-in açıqlamasını əhəmiyyətli sayırıq. Avropada baş qaldıran bu cür irqçi hərəkətlər Avropanın gələcəyi üçün faciədir”, - deyən Çavuşoğlunun sözlərinə görə, bu gün İslam və türklərə qarşı düşmənçilik planı ön plandadır.
“Bu gün Avropada irqçi partiyalar Avropa qurumlarını da sarsıtmağa başlayıblar. Avropa Parlamenti, hətta AŞPA artıq irqçi parlametarilərin təzyqi altındadır, ortaq dəyərlərə hörmət edilmir. Türkiyə bayrağına qarşı edilən çirkin olay isə dönüş ola bilər. Biz hadisəni təqib edib, gərəkli addımları atacağıq”.
Xatırladaq ki, İoannis Laqos Avropa Parlamentində “Yunan adalarında insanların vəziyyəti” ilə bağlı məsələnin müzakirəsi zamanı əlindəki kağızdan hazırlanmış Türkiyə bayrağını cıraraq yerə atıb.
Pərvanə Sultanova
Azvision.az