Tailandda Baş nazir paytaxtdan qaçdı
Bu arada baş nazir Yinglak Çinavatra paytaxt Banqkoku tərk edib. Udon tani şəhərinə qaçan hökumət başçısı burdan müxalifətə səslənib. "Sizi anlamaqda çətinlik çəkirəm" deyən xanım baş nazir parlamenti buraxdığını onlara xatırladıb. Çinavatra qeyd edib ki, demokratik müxalifət olaraq parlament seçkilerine gederek, iddia etdikleri kabineti formalaşdıra bilerler.
Baş nazirin fikirlərini onun səlahiyyətlərini müvəqqəti icra edən müavini də təsdiqləyib. Bununla belə o qeyd edib ki, müxalifətin tələb etdiyi islahatlar fevralın 2-də keçiriləcək parlament seçkilərindən sonra mümkün olacaq. Tauqsuban isə bu fikirlə də razılaşmayıb. O, seçkilərin saxtalaşdırılacağını bəyan edərək səsverməyə qatılmayacaqlarını bildirib.
AzVision.az