Emil Balayev Qazaxıstan klubundan ayrıldı

Emil Balayev Qazaxıstan klubundan ayrıldı
  01 Fevral 2020    Oxunub:2996
Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubundan ayrılıb.
Azvision.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı qolkiperlə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Qeyd edək ki, Emil Balayev "Tobol"a ötən mövsümün əvvəlində transfer olunmuşdu. Millimizin üzvü komandanın heyətində 36 matçda meydana çıxıb.

Azvision.az



Teqlər: Emil-Balayev  





Xəbər lenti