NATO və Rusiya generalları yenidən Bakıda görüşəcək

   NATO və Rusiya generalları yenidən Bakıda görüşəcək
  01 Fevral 2020    Oxunub:3857
Gələn həftə Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Komandanı, general Tod Uolters arasında görüş keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə "Kommersant" NATO-dakı mənbələrinə istinadən məlumata yayıb. Lakin Rusiya və NATO generalları arasında Azərbaycanda keçiriləcək növbəti görüşün dəqiq vaxtı və gündəliyi açıqlanmayıb.

Görüşdə cari il üçün Rusiya və NATO ölkələrində hazırlanan hərbi təlimlər, eləcə də Suriya və Əfqanıstandakı vəziyyətə dair məsələlərin müzakirəsi gözlənilir.

Qeyd edək ki, Bakıda Valeri Gerasimovla Tod Uoltersun sonuncu görüşü 10 iyul 2019-cu ildə baş tutub.

Azvision.az



Teqlər: Rusiya   NATO  





Xəbər lenti