Britaniya Avropa İttifaqını rəsmən tərk edib

 Britaniya Avropa İttifaqını rəsmən tərk edib
  01 Fevral 2020    Oxunub:4160
Böyük Britaniya 31 yanvar saat 23:00-da 47 ildir üzvü olduğu Avropa İttifaqını rəsmən tərk edib.
Azvision.az xəbər verir ki, bununla da Aİ-dən ayrılan Britaniyada 11 aylıq keçid dövrü başlayıb. Yerli sakinlər parlament binasının önündə yığışaraq bu anı qeyd ediblər.

Britaniya artıq malların və xidmətlərin alqı-satqısı ilə əlaqədar dünyanın digər ölkələri ilə danışıqlara başlayacaq. Baş Nazir Boris Conson üç ildən çox davam edən Brexitin siyasi mübahisələrdən sonra yeni başlanğıc olduğunu bildirib.

Xatırladaq ki, 2016-cı ildə keçirilən referendumunda seçicilərin 52 faizi Avropa İttifaqını tərk etməyə səs vermişdi.

Azvision.az


Teqlər: Britaniya  





Xəbər lenti