Uhandan çıxarılan azərbaycanlılarda koronavirus aşkarlanmayıb

Uhandan çıxarılan azərbaycanlılarda koronavirus aşkarlanmayıb
  01 Fevral 2020    Oxunub:4479
Çinin Uhan şəhərindən təxliyə edilən vətəndaşların tibbi müayinəsi zamanı onların heç birində koronavirusun əlamətləri müşahidə olunmayıb.

Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.
Onun sözlərinə görə, artıq Uhan şəhərindən Türkiyəyə istiqamət alan təyyarədə ümumilikdə 42 nəfər var. Altı nəfər isə öz istəyi ilə Türkiyəyə dönməkdən imtina edib.

Xatırladaq ki, təyyarədə Türkiyə vətəndaşları ilə yanaşı, 7 Azərbaycan, 7 Gürcüstan və 1 Albaniya vətəndaşı da var.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Çin   Koronavirus  





Xəbər lenti