“Apple” Çindəki bütün mağazalarını bağladı

 “Apple” Çindəki bütün mağazalarını bağladı
  01 Fevral 2020    Oxunub:4800
"Apple" şirkəti koronavirusla əlaqədar fevralın 9-dək Çinin materik hissəsində yerləşən bütün mağazalarını bağlayıb.
Azvision.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

"Pprofilaktik tədbirlər səbəbindən "Apple" mağazaları bu gündən fevralın 9-dək müvəqqəti olaraq bağlanır".

Qeyd edək ki, bu gün səhərə olan məlumata görə, Çində koronavirusdan təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 11 952, ölənlərin sayı isə 259 nəfərə çatıb.

Azvision.az


Teqlər: Apple  





Xəbər lenti