Koronavirus İspaniyaya da ayaq açdı

Koronavirus İspaniyaya da ayaq açdı
  01 Fevral 2020    Oxunub:2126
İspaniyanın cənub-qərbindəki Kanar adalarının Səhiyyə Nazirliyi bölgədə yeni tip koronavirusun aşkarlandığını bəyan edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, La Qomera adasında xəstəxanaya yerləşdirilən 5 alman turistdən birinin virusa yoluxduğu təsdiqlənib. Bununla da İspaniyada koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Beş alman turistindən ikisinin ölkələrində koronavirus diaqnozu qoyulmuş şəxslə təmasda olduğu aşkarlanıb. Digər məlumata görə, Çinin Uhan şəhərindən təxliyə edilmiş 20 İspaniya vətəndaşı Madridə gətirilib. Hərbi hospitala yerləşdirilən şəxslər 14 gün karantin altında olacaqlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koronavirus   İspaniya  





Xəbər lenti