Nərgiz Paşayevaya qızıl orden verildi

Nərgiz Paşayevaya qızıl orden verildi
  14 Mart 2013    Oxunub:1362
Fəxri ordenlə təltif edilməsi münasibətilə rektor Nərgiz Paşayevanı təbrik edib.
Dünən Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) “Xidmətlərə görə” Qızıl ordeninin təntənəli surətdə təqdim edilməsi mərasimi olub.

Filialın rus ədəbiyyatı tarixi kafedrasının dosenti Andrey Krupçanov təntənəli mərasimi açaraq, MDU-nun və Bakı filialının fəaliyyətindən danışıb.

O bildirib ki, bu gün Bakı filialı ölkənin ən nüfuzlu və aparıcı ali məktəblərindən biridir.
Bakı filialı riyaziyyat, psixologiya, filologiya, kimya və iqtisadiyyat üzrə bakalavr və magistrlərin hazırlandığı dinamik inkişaf edən ali təhsil ocağıdır.

Avropa Ticarət, Kommersiya və Sənaye İqtisadi Palatası Direktorlar Şurasının sədri, baş direktoru, professor Haynts Helmut Veypustek fəxri ordenlə təltif edilməsi münasibətilə rektor Nərgiz Paşayevanı təbrik edərək deyib ki, Bakıda olmaq onun üçün şərəfdir.(Azərtac)




Teqlər:





Xəbər lenti