Cüdoçumuz Avropa kubokunda gümüş medal qazandı

  01 Fevral 2020    Oxunub : 2631
Cüdoçumuz Avropa kubokunda gümüş medal qazandı
Azərbaycan cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən açıq Avropa kubokunda gümüş medala sahib olub.
Azvision.az xəbər verir ki, bütün rəqiblərini məğlub edən Oruc Vəlizadə (60 kq) qızıl medal uğrunda görüşdə braziliyalı Felipe Pelim ilə qarşılaşıb. Həlledici mərhələdə rəqibinə uduzan cüdoçumuz ikinci yerlə kifayətlənməli olub.

Qeyd edək ki, yarışda 13 cüdoçumuz iştirak edir. Turnirə fevralın 2-də yekun vurulacaq.

Azvision.az

Teqlər: Cüdo   Yarış   Medal