Araşdırmalar zamanı müəyyən olunub ki, bağçada hazırlanan yeməklər müvafiq qaydada təsdiq olunmuş texniki təlimat və reseptura olmadan hazırlanır, anbarda mal qonşuluğuna və saxlanma şəraitinə riayət olunmur, standartın tələblərinə uyğun olaraq bağçada 10 günlük və ya 2 həftəlik menyu tərtib olunmalı olduğu halda gündəlik menyu tərtib olunur. Bundan başqa tibb işçisi verilməsi nəzərdə tutulan yeməklərdən nümunə götürmür, yeməklərin kalorilik, zülal, yağ və karbohidrat miqdarını hesablamır. Yoxlama zamanı bağçanın yataq və mətbəx otağlarının gigiyenik tələblərə cavab vermədiyi aşkar edilib.
Bu və digər nöqsanların aradan qaldırılması üçün bağça rəhbərinə vaxt verilib.
Sevinc İltifatqızı