Çində quş qripi aşkarlanıb

  02 Fevral 2020    Oxunub : 1558
Çində quş qripi aşkarlanıb
Çinin Xunan vilayətində fermaların birində 4500 toyuq H5N1 virusundan (quş qripi) tələf olub.
Azvision.az xəbər verir ki, bu barədə Çinin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yerli qurumlar virus səbəbindən 18 minə yaxın toyuğu məhv edib. Virusun aşkarlandığı ərazi dezinfeksiya olunub və karantin altına alınıb.

Azvision.az

Teqlər: Çin