Çində koronavirusdan ölənlərin sayı 304 nəfərə çatıb

  02 Fevral 2020    Oxunub : 1500
Çində koronavirusdan ölənlərin sayı 304 nəfərə çatıb
Çində koronavirusa yoluxanların sayı 13,8 min nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb. Bildirilib ki, indiyədək virusdan 304 nəfər ölüb.

Virus ən çox Hubey əyalətində yayılıb. Burada koronavirusuna yoluxanların sayı 9074 nəfər, ölənlər isə 294 nəfər olub.

Çindən başqa Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya və İsveçdə koronavirusa yoluxma aşkar edilib.

Azvision.az

Teqlər: Çin   Koronavirus