ABŞ Rza Zərrabın “rəisini” qara siyahıya saldı
AzVision.az-ın məlumatına görə, Babək Zəncani ABŞ-ın qadağan olunmuş şirkətlər və şəxsləri siyahısındadır.
Bu barədə ABŞ Xəzinəsinin hazırladığı dosyedə məlumat verilib.
Rza Zərrabın Zəncaninin Türkiyədə ən yaxın iş ortağı olduğu qeyd edilir.
Belə ki, Babək Zəncani Türkiyədəki işlərinin həyata keçirilməsini Rza Zərraba tapşırıbmış. 39 yaşlı Babək Zəncaninin 13,5 milyard dollarlıq sərvəti var.
Babək Zəncani hava yolları şirkəti, maliyyə qurumları və çoxlu sayda neft tankerlərinin sahibidir. Onun Türkiyədə “Onur Air” hava yolları şirkətini, eləcə də, “Ulusoy” və “Varan” avtobus şirkətlərininin səhmlərinin yarısını satın aldığı vurğulayıb.
A.RÜSTƏMOV