Silahlılar kəndə hücum edib 20 nəfəri öldürdü

Silahlılar kəndə hücum edib 20 nəfəri öldürdü
  03 Fevral 2020    Oxunub:3102
Burkina-Fasonun şimalında yerləşən Lamdamol kəndinə silahlı hücum olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslərin hücumu nəticəsində 20-yə yaxın mülki şəxs öldürülüb, bir neçə nəfər yaralanıb.

Silahlı dəstənin kəndə motosikletlərlə gəldiyi bildirilib. Hadisəyə görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Azvision.az


Teqlər: Burkina-Faso   Kənd   Hücum   Silah  





Xəbər lenti