Cüdoçularımız Avropa kubokunda cəmi bir medal qazanıb

  03 Fevral 2020    Oxunub : 1429
Cüdoçularımız Avropa kubokunda cəmi bir medal qazanıb
Bolqarıstanın paytaxtı Sofiyada Azərbaycan cüdoçularının da qatıldıqları açıq Avropa kuboku başa çatıb.
Azvision.az -ın məlumatına görə, 14 cüdoçu ilə turnirdə çıxış edən komandamız yarışı bir medalla başa vurub. Cüdoçumuz Oruc Vəlizadə (60 kiloqram) gümüş medal qazanıb. Komandamız bu nəticə ilə 8-ci olub.

Qeyd edək ki, birinci yeri 12 medalla Rusiya komandası tutub. Turnirdə 33 ölkədən 250-dən çox cüdoçu mübarizə aparıb.

Azvision.az

Teqlər: Cüdo   Yarış