Azərbaycan səfirliyi Türkiyəyə başsağlığı verib

Azərbaycan səfirliyi Türkiyəyə başsağlığı verib
  03 Fevral 2020    Oxunub:2064
Azərbaycanın Türkiyədəki səfirliyi İdlib şəhərində 4 türk əsgərin şəhid olmasına görə başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin “Twitter” səhifəsində məlumat yerləşdirilib.

“Suriyadakı hücum nəticəsində şəhid olan 4 türk əsgərinə Allahdan rəhmət, yaxınlarına səbr, yaralı əsgərlərimizə təcili şəfa diləyirik. Türk millətinə başsağlığı veririk”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, Bəşər Əsədə sadiq ordunun hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində 4 hərbçisi şəhid olub, biri ağır olmaqla 9 əsgər yaralanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Səfirlik  





Xəbər lenti