Çavuşoğludan İdlibdəki hücuma reaksiya

Çavuşoğludan İdlibdəki hücuma reaksiya
  03 Fevral 2020    Oxunub:2162
Şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaqdır.
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter”də yazıb.

“İdlibdə şəhid olan türk qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılara təcili şəfa diləyirəm”, - deyə Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, İdlibdə dörd türk əsgəri şəhid olub, daha 9 hərbi qulluqçu yaralanıb. Ankara hücumun Əsəd qüvvələri tərəfindən edildiyini açıqlayıb. Rəsmi Dəməşq isə hadisə barədə hələlik açıqlama verməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Çavuşoğlu  





Xəbər lenti