Türkiyə şəhidlərin qisasını alır - 35 nəfər zərərsizləşdirildi
Ərdoğan bildirib ki, 40-a yaxın nöqtə keçirilən əməliyyatın hədəfləri arasındadır: "Biz səssiz qalmayacağıq, davam edəcəyik. "Fırtına" haubitsaları, F-16-larla müəyyən edilmiş nöqtələrdə əməliyyatlar davam edir. Saat 06.15-dən etibarən 46 rejim hədəfi 122 fırtına və 100 minaatanla atəşə tutulub".
Ərdoğanın sözlərinə görə, qarşı tərəfdən 30-35 nəfər zərərsizləşdirilib.
Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, İdlibdə dörd türk əsgəri şəhid olub, daha 9 hərbi qulluqçu yaralanıb. Ankara hücumun Əsəd qüvvələri tərəfindən edildiyini açıqlayıb. Rəsmi Dəməşq isə hadisə barədə hələlik açıqlama verməyib.
Pərvanə Sultanova
Azvision.az