Polşa səfirliyi viza rüsumlarına dəyişiklik edib

  03 Fevral 2020    Oxunub : 1562
Polşa səfirliyi viza rüsumlarına dəyişiklik edib
Polşa Respublikasının Bakıdakı səfirliyinin Konsulluq və Poloniya şöbəsi 2 fevral 2020-ci il tarixindən etibarən viza rüsumlarına dəyişiklik edib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, həmin tarixdən milli və ya şengen vizasına müraciət edən şəxslər üçün viza rüsumu 80 avro təşkil edəcək.

Avropa İttifaqı və Azərbaycan arasında viza prosedurun sadələşdirilməsi haqqında müqaviləyə əsasən, Azərbaycan vətəndaşları üçün viza müraciətin baxılması üçün rüsum dəyişmir və 35 avro təşkil edir (yalnız şengen vizası).

Milli və ya şengen vizası üçün sənədlərin yenidən baxılması 80 avro təşkil edəcək.

Şengen vizasına 6-12 yaş arası müraciət edən uşaqlar üçün viza rüsumu 40 avro təşkil edəcək.

Avropa İttifaqı və Azərbaycan arasında viza prosedurun sadələşdirilməsi haqqında müqaviləyə əsasən, 12 yaşına çatmamış uşaqlardan viza rüsumu götürülmür.

Şengen vizasına 6 yaşına çatmamış müraciət edən uşaqlardan viza rüsumu götürülmür.
Dəyişikliklərə əsasən, viza müraciətləri planlaşdırılan səfərdən 6 ay əvvəl (dənizçilər olduğu təqdirdə 9 ay), gediş tarixindən 15 gündən gec olmayaraq təqdim edilə bilər.

Qərar adətən 15 gün ərzində verilir, lakin onun maksimal uzadılması standartlaşdırılacaq və 45 günlə məhdudlaşdırılacaqdır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Polşa   Səfirlik