İdlibdə şəhid olan türklərin sayı 6-ya çatıb
Məlumatda deyilir ki, İdlibdəki hücumun qarşısını alan zamanı yaralanan əsgərlərdən biri və mülki heyətdən bir nəfər şəhid olub.
“Şəhid və yaralı silahdaşlarımızın qanı yerdə qalmayacaq. Bu mənfur hücumu edənlərdən haqq-hesab soruşulacaq. Bənzər hücumlara qarşı özünümüdafiə hüququmuz ən sərt şəkildə istifadə ediləcəkdir”, - deyə qeyd olunub.
Pərvanə Sultanova
Azvision.az