Londondakı hücumun məsuliyyətini İŞİD üzərinə götürdü

  03 Fevral 2020    Oxunub : 1165
Londondakı hücumun məsuliyyətini İŞİD üzərinə götürdü
Londonun cənubundakı Stritham bölgəsində baş vermiş bıçaqlı hücumun məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Xatırladaq ki, terrror aktı kimi qiymətləndirilən hücum dünən baş verib və hadisə nəticəsində iki nəfər yaralanıb. Hadisə yerində olan şahidlər bildiriblər ki, cinayətkar mağazadakı müştəriləri bıçaqlayıb. Polis tərəfindən cinayətkar güllələnərək öldürülüb.

Baş Nazir Boris Conson baş verən hadisədən narahatlığını ifadə edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: London   İŞİD