Azərbaycana 53 ölkədən idmançılar gələcək

Azərbaycana 53 ölkədən idmançılar gələcək
  03 Fevral 2020    Oxunub:2608
Martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya kuboku yarışları keçiriləcək.
Azvision.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, ilkin qeydiyyat siyahısına əsasən turnirdə iştirak etmək istəyən ölkələrin sayı 53-dür. Yarışda ümumilikdə 332 kişi və qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. İştirak edəcək gimnastların adları isə fevralda açıqlanacaq.

Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq. Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.

Azvision.az



Teqlər: Gimnastika  





Xəbər lenti