Bakıda məşhur restorana qadağa qoyuldu - FOTOLAR

Bakıda məşhur restorana qadağa qoyuldu - FOTOLAR
  23 Dekabr 2013    Oxunub:6061
“Yaşıl bağ” restoranında hazırlanan salatlarda bağırsaq çöpləri qrupundan olan bakteriyalar və maya göbələkləri aşkar olunub
Komitədən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 39 ünvanında yerləşən, fiziki şəxs İbişov Nicat Kərəm oğluna məxsus “Yaşıl bağ” restoranında dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Araşdırmalar zamanı kulinariya məmulatlarının texnoloji təlimat və reseptura olmadan gözəyarı hazırlandığı, bütün yeməklərin bir gün öncədən hazırlanaraq soyducuda saxlanıldığı, o cümlədən soyuducularda mal qonşuluğunun gözlənilmədiyi, məhsulların gigiyenik cəhətdən düzgün saxlanılmadığı müşahidə edilmişdir. Bundan başqa müəssisədə kulinariya məmulatlarının hazırlanması və saxlanılması üçün tələb olunan normativ sənədlər, müəssisənin hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi, xammalların, spirtli və spirtsiz içkilərin uyğunluq və gigiyenik sertifikatları və digər hüquqi sənədlər yoxlamaya təqdim edilməyib.

Müəssisədə hazırlanan mal əti farşından, “mimoza” və “paytaxt” salatından nümunələr götürülərək Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasına təqdim edilib. AzTEST-in sınaq laboratoriyasında keçirilən müayinələr göstərib ki, yoxlanılmış məhsullar bağırsaq çöpləri qrupundan olan bekteriyaların və maya göbələklərinin sayına görə normativ sənədlər ГОСТ 30390-95 və qüvvədə olan sanitar epidimioloji qaydalar və normativlərin tələblərinə cavab vermir.

Aşkar olunmuş nöqsanlarla əlaqədar fiziki şəxs Nicat İbişova məxsus “Yaşıl bağ” restoranında “mimoza” və “paytaxt” salatlarının hazırlanması və satışı qadağan edilib.

Qalereya




Teqlər:  





Xəbər lenti