Ana və oğlunun qatili tapıldı

Ana və oğlunun qatili tapıldı
  14 Mart 2013    Oxunub:1373
Onları döyərək öldürüb
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti Bakıda baş vermiş qətllə bağlı məlumat yayıb.

Məlumata görə, martın 12-si saat 22:20 radələrində Pirallahı qəsəbəsində yaşayan Lidiya Abışova və oğlu Yuriy Surxayeviçin üzərində zorakılıq əlamətləri olmayan meyitləri aşkar olunub.

Xəzər RPİ CAŞ və 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən həmin ailənin üzvü Oleq Abışov tutulub və o bildirib ki, anası və qardaşını fevralın 11-də döyərək öldürüb.

AzVision.az



Teqlər:  





Xəbər lenti