ASAN-la IDEA-nın ortaq layihəsi - FOTO

ASAN-la IDEA-nın ortaq layihəsi - FOTO
  23 Dekabr 2013    Oxunub:1179
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi Gəncədə yeni açılan ASAN xidmət mərkəzində maarifləndirici lövhələr quraşdırıb.

AzVision.az Gün.Az-a istinadən xəbər verir ki, bu lövhələr gündəlik həyatda insanları ekoloji problemlərə qarşı 10 mübarizə üsulundan istifadə etməyə səsləyir.

Bura gündəlik fəaliyyətdə kağıza, suya, elektrik enerjisinə qənaət də daxildir.

ASAN xidmət mərkəzində quraşdırılmış lövhələr Gəncə şəhərinin rəmzlərindən biri hesab olunan Şərq çinarı formasındadır.

Ekoloji maarifləndirməyə xidmət edən layihə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və IDEA İctimai Birliyinin əməkdaşlığı çərçivəsində baş tutub.


Teqlər:  





Xəbər lenti