Sabiq prezident 95 yaşında vəfat edib

Sabiq prezident 95 yaşında vəfat edib
  04 Fevral 2020    Oxunub:2289
Keniyanın keçmiş prezidenti Daniel Arap Moi 95 yaşında vəfat edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, Moi səhhətindəki problemlərlə əlaqədar 2019-cu ilin sentyabrında xəstəxanaya yerləşdirilib. Həmin vaxtdan bəri xəstəxananı tərk etməyib.

Məlumata görə, 2006-cı ildə keçirdiyi qəzadan sonra yaranmış fəsadlar səbəbindən Moi 2017-ci ildə yenidən əməliyyat olunub.

Xatırladaq ki, Daniel Arap Moi 1978-2002-ci illərdə Keniyanın prezidenti olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Keniya  





Xəbər lenti