46 aviaşirkət Çinə uçuşları dayandırıb

46 aviaşirkət Çinə uçuşları dayandırıb
  04 Fevral 2020    Oxunub:1779
Bu günə qədər 46 xarici aviaşirkət Çinə uçuşları dayandırıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çin Mülki Aviasiya Administrasiyası məlumat yayıb.

Koronavirusun yeni növünün yayılması bir çox ölkəni və şirkətləri Çinə və əksinə səyahət üçün məhdudlaşdırıcı tədbirlər görməyə məcbur edib.

"Koronavirusun yayılması ilə bağlı beynəlxalq aviasiya bazarında tələb kəskin şəkildə aşağı düşüb. Bir sıra ölkələr Çin vətəndaşlarının giriş və çıxışlarına məhdudiyyətlər qoyub. Bu günə qədər 46 xarici hava yolları şirkəti Çinə uçuşları dayandırdığını elan edib”, - deyə qurumun açıqlamasında bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin   Aviaşirkət  





Xəbər lenti