Elmar Məmmədyarov Çex səfirlə vidalaşdı

Elmar Məmmədyarov Çex səfirlə vidalaşdı
  23 Dekabr 2013    Oxunub:969
Nazir Elmar Məmmədyarov Çex Respublikasının ölkəmizdəki səfiri Radek Matulanı qəbul edib
Nazir Elmar Məmmədyarov Çex Respublikasının ölkəmizdəki səfiri Radek Matulanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Nazirlikdən AzVİsion.az-a verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan ilə Çexiya arasındakı münasibətlərin inkişafından məmnunluğunu bildirib və çexiyalı diplomata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Çex Respublikasının səfiri ölkəmizdən olduqca xoş təəssüratla ayrıldığını qeyd etmiş və ölkəmizdə onun fəaliyyəti üçün yaradılmış şəraitə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Həmçinin görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti