Bütün nazirlər istefa verdi
AzVison.az qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Küveyt hökümətinin bütün nazirləri istefa ərizələrini baş nazir Cabir əl-Mübarək əl-Həmd əs-Səbbaha təqdim ediblər. Baş nazir isə öz növbəsində hökümət nazirlərinin istefaetdiklərini ölkənin Əmiri Şeyx Səbah əl-Əhmədə bildirib.
Küveytdə yeni hökümətin istefası ölkə konstitusiya məhkəməsinin parlamentin qanuniliyini dəstəkləməsindən dərhal sonra baş verib.
Analitiklərin fikrincə, Küveyt hakimiyyətinin kütləvi şəkildə istefası ölkə əmirinə təzyiq məqsədi daşıyır. Belə ki, yerli hökumət əmirdən yeni parlamentin ləğv etməsini istəyir. Qeyd edək ki, Parlamentin nazirlərdən tez-tez hesabat tələb etməsi, onları xeyli qzəbləndirib.
AzVision.az
Teqlər: