“Qəbələ” sloveniyalı hücumçunu heyətinə cəlb edib

  04 Fevral 2020    Oxunub : 957
“Qəbələ” sloveniyalı hücumçunu heyətinə cəlb edib
“Qəbələ” futbol klubu növbəti transferini reallaşdırıb. Region təmsilçisi sloveniyalı hücumçu Nikolas Rayseli heyətinə qatıb.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçu ilə 1,5 illik müddətə müqavilə imzalanıb.

Qeyd edək ki, Fransada anadan olan hücumçu “Paris Sen-Jermen” klubunun yetirməsidir. 2011-2013-cü illərdə Paris təmsilçisinin ikinci komandasında çıxış edən N.Raysel daha sonra Sloveniyanın “Çelye” (2013-2015), Belçikanın “Union Sent Jiluaz” (2015-2017) klublarının formasını geyinib. 2017-ci ildə Belçikanın digər təmsilçisi “Ostende”yə keçən hücumçu 2018-2019-cu illər mövsümünü icarə əsasında “Rozelar”da çıxış edib.

Hücumçu cari mövsümün birinci yarısında da “Ostende”nin formasını geyinib. 2014-cü ildə Sloveniya yığmasına cəlb olunan N.Raysel bu ölkənin U-21 millisində bir oyunda bir qol vurub.

Azvision.az

Teqlər: Qəbələ   PSJ