Leninqradın müdafiəsində iştirak edənlərə Prezident təqaüdü veriləcək

Leninqradın müdafiəsində iştirak edənlərə Prezident təqaüdü veriləcək
  24 Dekabr 2013    Oxunub:1072
Azərbaycanda İkinci Dünya müharibəsi dövründə Leninqradın müdafiəsində iştirak edən şəxslərə də Prezident təqaüdü veriləcək.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev "1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda aşağıdakı dəyişikliklər edilir: 1. Adına və 1-ci hissəsinə "iştirakçılarına" sözündən sonra ", İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə" sözləri əlavə edilsin.
2. Preambulasına "iştirakçılarının" sözündən sonra ", İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərin" sözləri əlavə edilsin.

Beləliklə, sərəncama əsasən, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına", İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) təsis edilmiş Azərbaycan Prezidenti təqaüdünün aylıq məbləği 55 manat müəyyən edilir.


Teqlər:





Xəbər lenti