Koronavirusa yoluxanların sayı 20,6 mini ötüb

  04 Fevral 2020    Oxunub : 1783
 Koronavirusa yoluxanların sayı 20,6 mini ötüb
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 20,6 min nəfəri ötüb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, Çində virusa yoluxanların sayı 20471 nəfər olub. 23214 nəfərdə koronavirus şübhəsi aşkarlanıb. Hazırda 788 xəstə ağır vəziyyətdədir. 680-dən çox insan isə ölümcül virusdan xilas ola bilib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı qlobal səviyyəli fövqəladə vəziyyət elan edib.

Azvision.az

Teqlər: ÜST   Koronavirus