Çində koronavirusdan ölənlərin sayı 491-ə çatıb

Çində koronavirusdan ölənlərin sayı 491-ə çatıb
  05 Fevral 2020    Oxunub:2963
Çində koronavirusa (2019-nCoV) yoluxanların sayı 24 min 365 nəfərə, virusdan ölənlərin sayı isə 491-ə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb.

Bildirilib ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 23 mindən çoxdur. 895 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan 3 min 219 nəfərinin vəziyyəti ağır qiymətləndirilir.

Ümumilikdə ölüm hallarının 479-u virusun aşkarlandığı və ən çox yayıldığı (16 min 678 nəfər) Hubey vilayətində qeydə alınıb.

Azvision.az



Teqlər: Çin   Koranavirus   Ölüm  





Xəbər lenti