Lesotonun birinci xanımı qətldə ittiham olunur

Lesotonun birinci xanımı qətldə ittiham olunur
  05 Fevral 2020    Oxunub:2098
Lesotonun birinci xanımı Mesay Tabaneyə həyat yoldaşının keçmiş arvadının öldürülməsi ilə bağlı ittiham elan edilib.
Azvision.az “İndependent”ə istinadən xəbər verir ki, ölkənin Baş Naziri Toma Tabanenin xanımı onun sabiq həyat yoldaşının öldürülməsindən sonra Lesotonu tərk edib, bir müddət sonra geri qayıdıb. Polis bu müddət ərzində hökumət başçısının həyat yoldaşının qonşu Cənubi Afrikada gizləndiyini öyrənib.

Qeyd edək ki, Baş Nazirin sabiq xanımı Lipolelo 2017-ci ildə Tabanenin andiçmə mərasimi ərəfəsində öıdürülüb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Lesoto   Qətl  





Xəbər lenti