Əl-Qaidə törətdiyi cinayətə görə çox peşmandır– 52 ölü

Əl-Qaidə  törətdiyi cinayətə görə çox peşmandır– 52 ölü
  24 Dekabr 2013    Oxunub:906
Əl-Qaidə tarixində ilk dəfə olaraq üzr istədi. Terror hadisəsində zərər çəkənlərə təzminat ödəyəcəyinə söz verdi.
Əl-Qaidə Yəməndə hazırlanan hücuma görə üzr istəyib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Əl-Qaidə terror təşkilatı Yəmənin paytaxtı Sanada dekabrın 5-də Müdafiə Nazirliyinin kampusundakı bir xəstəxananı hədəf alan qanlı hücumda baş verənləri xəta olaraq qiymətləndirib və yaşananlara görə üzr istəyib. “Hücumdakı xətamızı qəbul edirik. Qurbanların yaxınlarından üzr istəyirik. Onların həyatını itirməsini istəməzdik, qəsdən hədəf almadıq. Bu bizim dinimizdə və əxlaq qaydalarında yoxdur. Xəstəxanada yaşananların bütün məsuliyyətini üzərimizə götürürük". Təşkilatın tarixində ilk dəfə üzr istəməsi diqqət çəkməklə yanaşı, terror hadisəsində zərər çəkənlərə təzminat ödəyəcəyinə söz verməsi də diqqət çəkib.

Qeyd edək ki, Yəməndə dekabrın 5-də bomba yüklü vasitələrin də istifadə edildiyi terrorda 52 nəfər həyatını itirmiş, 167 nəfər yaralanmışdı.


Teqlər:  





Xəbər lenti