Buraxılış imtahanlarının vaxtı açıqlandı

 Buraxılış imtahanlarının vaxtı açıqlandı
  05 Fevral 2020    Oxunub:3271
Ümumtəhsil müəssisələrinin ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının vaxtı bəlli olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Azvision.az-a verilən məlumata görə, ümumi orta (IX) təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının ilk mərhələsi martın 1-də, 9-da və 15-də, II mərhələsi isə iyunun 7-də, 14-də və 21-də Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq.

Tam orta təhsil (XI) səviyyəsi üzrə buraxılış imtahanları isə aprelin 5-də, 12-də və 19-da keçiriləcək.

Azvision.az



Teqlər: İmtahan  





Xəbər lenti