"Talelər qovuşanda" 135-ci dəfə oynanılacaq

"Talelər qovuşanda" 135-ci dəfə oynanılacaq
  05 Fevral 2020    Oxunub:2735
Azvision.az xəbər verir ki, yarım əsrdən çoxdur ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarında uğurla nümayiş olunan "Talelər qovuşanda" iki hissəli operettası bu dəfə fevral ayının 6-da saat 19:00-da yenidən oynanılacaq.
Uzun illərdir SSRİ xalq artisti Rauf Hacıyevin ölməz musiqilərinin sədaları altında, müxtəlif rejissorların yozumunda təqdim olunan tamaşanın sonuncu quruluşu mərhum rejissor Faiq Zöhrabova aiddir və premyerası 23 yanvar 2003-cü ildə olub.

Bu dəfə 135-ci dəfə teatrsevərlərin görüşünə hazırlaşan "Talelər qovuşanda" tamaşasında rolları Əməkdar artist Novruz Qartal, aktyorlar – Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Əliməmməd Novruzov, Hüseyn və Gültac Əlililər, Şaban Cəfərov, Emil Heydərov, Güldanə Əzimova, Türkel Tariqpeyma, Elçin İmanov, Fərid Rzayev, Elməddin Dadaşov ifa edəcəklər. Balet və xor artistləri də həmişə olduğu kimi tamaşaya xüsusi ahəng qatacaq.

Azvision.az



Teqlər: MusiqiliTeatr  





Xəbər lenti