Yedək gəmisi qəzaya uğradı - 10 əsgər həlak oldu

Yedək gəmisi qəzaya uğradı - 10 əsgər həlak oldu
  24 Dekabr 2013    Oxunub:1468
Türkiyədə yedək gəmisinin qəzaya uğraması nəticəsində 10 əsgər həlak oldu.
Türkiyənin İzmir şəhərində bir hərbi tərsanədə yedək gəmisinin qəzaya uğraması nəticəsində ölənlər və yaralananlar olub.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, Türkiyə Dəniz Qüvvələrinə məxsus “Dəyirməndərə” yedək gəmisi tərsanədə suya endirilərkən aşıb. Qəza nəticəsində 10 əsgər həlak olub, yaralanan 17 hərbçi isə hospitala aparılıb.

Hadisə ilə əlaqədar hərbi və mülki təhqiqat başlanıb.


Teqlər:





Xəbər lenti