Ərdoğanın baş müşaviri qar uçqununa düşdü

 Ərdoğanın baş müşaviri qar uçqununa düşdü
  06 Fevral 2020    Oxunub:4241
Türkiyə Prezidentinin baş müşaviri Gülşən Orxan Vanda qar uçqunu altında qalıb.

Azvision.az xəbər verir ki, dövlət rəsmisi ilk qar uçqunu altında qalanlara kömək etmək üçün Vana gedib. Əraziyə çatdıqdan 5 dəqiqə sonra onun özü uçquna düşüb.
Hadisə zamanı xəsarət alan 49 yaşlı baş müşavirin həyatını xilas etmək mümkün olub. O, dərhal xəstəxanaya çatdırılıb, sürücüsü Siyabend Dayan isə həlak olub.

Qeyd edək ki, Gülşən Orxan iki dəfə AKP-dən millət vəkili seçilib, 2016-cı ildən Ərdoğanın baş müşaviri vəzifəsində çalışır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan   Uçqun  





Xəbər lenti